Türkiyə millisinin yeni kapitanı açıqlandı

DÇ-2018-in seçmə mərhələsində səfərdə Kosova ilə oynayacaq Türkiyə millisinin yeni kapitanı bəlli olub.

Yenicag.az xəbər verir ki, Arda Turanın yığmadan uzaqlaşdırılmasından sonra kapitanlıq sarğısı “Fənərbaxça”nın üzvü Mehmet Topala həvalə olunub. Mehmet Topalın yoxluğunda isə sarğını Selçuk İnan və ya Gökhan Gönül daşıyacaq.

Qeyd edək ki, Arda “Milliyet” qəzetinin idman yazarı Bilal Meşeyə aqressiv hərəkət etdiyi üçün yığmadan kənarlaşdırılıb. Futbolçunun özü də bu qərardan sonra millidəki karyerasını yekunlaşdırdığını açıqlayıb.

Yenicag.az