Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada səfərdə olan Misirin xarici işlər naziri Sameh Şükrü birlikdə mətbuata bəyanatla çıxış ediblər.
Yenicag.az xəbər verir ki, nazirlər iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcəkdə atılan addımlar haqqında fikirlərini bölüşüblər.
Ölkələr arasında münasibətlərin daha da aktivləşdirilməsi üçün güclü siyasi iradənin mövcud olduğunu bildirən Şükrü hökumətlərin ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün çalışdığını qeyd edib.
XİN başçıları qarşılıqlı olaraq səfir təyin edilməsi ilə bağlı sualı cavablandıraraq gələcəkdə açıqlama veriləcəyini bildirib.