Türkiyə MMN Azərbaycana başsağlığı verdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, nazirlik bununla bağlı “Twitter”də paylaşım edib.

Paylaşımda deyilir: Azərbaycan-Ermənistan sərhədindəki toqquşmada şəhid olan qəhrəman əsgərlərə rəhmət, yaralılara şəfa diləyirik, Azərbaycan xalqına başsağlığı veririk.