Türkiyə MMN-dən “Sarsılmaz Qardaşlıq-2021” paylaşımı – FOTO

Naxçıvanda keçiriləcək Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin məşqləri keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında paylaşım edilib.

Nazirlikdən bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu ilə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təlimlərini məşqlərini uğurla həyata keçiriblər.