Türkiyə MMN məlumat yaydı – 22 terrorçu öldürüldü, şəhidlərin qisası alındı – FOTO

Türkiyə ordusu 22 terrorçunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Birecik/Şanlıurfa sərhədində iki qəhrəman silahdaşımızın şəhid olduğu terror hücumundan sonra bölgədə müəyyən edilmiş hədəfləri vurmağa davam edirik. Ərazidə indiyədək 22 terrorçu zərərsizləşdirilib. Bizim əməliyyatlar intensivliyi azaltmadan davam edəcək”, – deyə məlumatda bildirilib.