Türkiyə Müdafiə Nazirliyi 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi mübarək. Azərbaycanlı türk qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət edən qüdrətli Azərbaycan Silahlı Qüvvələri ilə bundan sonra da tək yumruq, tək ürək olmağa davam edəcəyik!”