Türkiyə MN: “Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun”

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Yenicag.az xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!”.