Türkiyə MN-dən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM

Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Yenicag.az-ın məlumatına görə, paylaşımda deyilir:

“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını bölüşürük”.