Türkiyə MN-dən Azərbaycan əsgərinin şərəfinə VİDEOÇARX

Türkiyə Milli Müdafiə Nazirliyi Dağlıq Qarabağda böyük zəfər əldə edən Azərbaycan əsgəri ilə bağlı videoçarx hazırlayıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə nazirlik özünün “Twitter” səhifəsində paylaşım edib.

“Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizləri qürurlandıran Azərbaycan Türküqardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə ithaf olunur” – deyə, paylaşımda bildirilir.