Türkiyə MN-dən Birgə Mərkəzlə bağlı AÇIQLAMA

Türkiyənin Milli Müdafiə Nazirliyi Ağdam rayonunda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşım nazirliyin “Twitter” səhifəsində dərc edilib.

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üçün fəaliyyət göstərəcək Türkiyə-Rusiya Birgə Mərkəzinin Azərbaycanın müdafiə naziri, general-leytenant Zakir Həsənov, milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin iştirakı ilə təntənəli şəkildə açılışı olub”, – tivitdə qeyd olunub.