!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə MN-dən helikopter qəzası ilə bağlı MƏLUMAT: Araşdırma nəticəsində... 

!Reklam – Yazi
Bitlisdə hərbi helikopterin qəzaya uğradığı ərazidə aparılan araşdırmalar nəticəsində hər hansı partlayış, yaxud yanma izinə rast gəlinməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatında bildirilib ki, ilkin təhqiqat nəticəsində helikopterin hava şəraitinin anidən dəyişməsi nəticəsində qəzaya uğradığı müəyyən edilib:

“Quru Qoşunları Komandanlığının müvafiq bölmələri əraziyə gəlib. Yekun nəticə onların detallı araşdırmasından sonra ortaya çıxacaq”.

Xatırladaq ki, ötən gün Bitlisdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 türk əsgəri həlak olub, 2-i yaralanıb.

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv