Türkiyə MN: “Qarabağ zəfəri azərbaycanlı qardaşlarımızda dirçəliş ruhunun nə qədər güclü olduğunu göstərdi”

“32 ildən sonra qardaşlarımız Qarabağda böyük bir zəfər qazandı və dirçəliş ruhunun nə qədər güclü olduğunu göstərdilər”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik 17 noyabr – Milli Dirçləliş Günü münasibətilə tviterdə paylaşım edib və Azərbaycan xalqını təbrik edib.

“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının dönüş nöqtəsi oldu.

Azərbaycan türkü qardaşlarımızın 17 noyabr – Milli Dirçəliş Gününü təbrik edirik. “Bir millət iki dövlət” prinsipi ilə qardaşlarımızla daim bir və bərabər olmağa davam edəcəyik”, – təbrikdə bildirilib.