Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə MN: Susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!

Türkiyə Müdafiə Nazirliyi Ermənistanın Gəncədəki mülki vətəndaşlarımıza qarşı törətdiyi təxribatla bağlı növbəti dəfə paylaşım edib.

Yenicag.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında dağıntılar altında qalaraq həyatını itirən körpəsini qucaqlayan atanın fotosunu paylaşaraq, dünyaya çağırış edib.

“Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət… Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib. Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir”, – vurğulanıb.

Bir başqa paylaşımda Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub:

“Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!”.

www.yenicag.az

314