Türkiyə MN Xocalı qətliamını andı

Qundaqdakı körpələri belə qətlə yetirəcək qədər canişinləri unutmadıq, unutmayacağıq!

Yenicag.az xəbər verir ki, Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Xocalı soyqırımı ilə bağlı paylaşımında belə deyilir.

Faciə qurbanlarını rəhmətlə anan hərbi qurum “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycanlı qardaşlarımızın ağrısını hələ də qəlbimizin dərinliyində hiss edirik”, – deyə bəyan edib.