Türkiyə Milli Müdafiə Nazirliyi bu gün şəhid olan hərbi qulluqçumuzla bağlı başsağlığı mesajı yayımlayıb.
Yeniçağ.az xəbər verir ki, nazirliyin mesajında Ermənistana sərt xəbərdarlıq edilib.
“Dağlıq Qarabağı qeyri-qanuni işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik. Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!” – deyə mesajda qeyd edilib.