2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz artaraq 3,8 milyard dollara bərabər olub.
Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 503,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 35,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021-noyabr 2022) Türkiyə 4,2 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.