!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə NATO-dan çıxacaq? - "Əgər uzlaşma olmasa..." - Hərbi ekspert

!Reklam – Yazi

“Türkiyə regionda müstəqil siyasət yeritmək istəyir, ancaq bu, rəsmi Vaşinqtonda qəbul olunmur. Bu da nəticə etibarı ilə Türkiyənin NATO-dan çıxmasına gətirib çıxarmayacaq”.

Bu sözləri son vaxtlar Türkiyə cəmiyyətində NATO-dan çıxmaq yönündə fikirlərin çoxluq təşkil etməsinə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Türkiyə cəmiyyətində bu fikir formalaşsa da, dövlət olaraq Türkiyənin belə addım atacağı gözlənilən deyil:

“Bu məsələyə iki istiqamətdə baxmaq lazımdır. Nəyə görə Türkiyə ictimayətində belə fikir formalaşıb? Siyasi baxımdan Türkiyə ilə NATO-nun yeni dünya düzəni ilə bağlı fərqli baxışları meydana çıxıb. Türkiyə ABŞ-dən 100 ədəd F-35 sifariş vermişdi, 100 milyarda yaxın pulunu ödəmişdilər. Ancaq ABŞ daha sonra bu satışdan imtina etdi. NATO üzvü olan ölkəyə, xüsusən də pulu ödənildiyi halda həmin qırıcılar verilməli idi. Birinci hərbi-siyasi problem bunun üzərindən yarandı. Sonradan Türkiyə PUA-lar istehsal etməyə başlayanda, Kanada komplektləşdirici detallarını bu ölkəyə verməkdən imtina etdi. Əslində bu qarşılıqlı anlaşmaya zidd oldu. Bunlara cavab olaraq da, Türkiyə Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə bağladı və həmin sistemləri aldı. NATO, daha dəqiq ABŞ Türkiyənin bu addımına etirazını bildirdi ki, nəyə görə bizdən “Patriot” raket sistemlərini almırsan? Dolayısı ilə Türkiyə ilə ABŞ-nin hərbi-siyasi baxışları bəzən üst-üstə düşmür. Bunlar Türkiyənin siyasi baxımdan NATO-dan çıxmasına səbəb yaratmaz. Çünki ittifaq üzvləri son məqam gələndə razılaşa bilirlər.

Adətən siyasətçilər bir şeyi əldə etmək üçün öncə ictimaiyyəti hazırlayırlar. Media vasitəsi ilə ittifaq ölkələrinə çatdırılır ki, əgər uzlaşma olmasa alternativ qərarımız da ola bilər. Bu, dövlətlərarası münasibətlərdə mövqeləri qəbul elətdirmə siyasətidir. Türkiyənin NATO-dan çıxması yönündə proses getmir. Çünki rəsmi olaraq siyasətçilər ümidlidir ki, ABŞ ya F-35-in pulunu geri qaytaracaq, ya da həmin qırıcılarla Türkiyəni təmin edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv