!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə NATO-dan çıxmasa, Ankara-Moskva strateji ittifaqı mümkün olmayacaq” - Ekspert

!Reklam – Yazi

“Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olacağını düşünmürəm”.

Rusiyalı ekspert, “Çarqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov Yenicag.ru-ya müsahibəsində Türkiyənin prezident üsul-idarəsinə keçidini, Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsini və Türkiyə-Rusiya münasibətlərinin perspektivini dəyərləndirib.

Kamran Həsənovun sözlərinə görə, Türkiyədə möhkəm prezident hakimiyyətinin təşəkkülü dövlətin sabitliyi və inkişafı baxımından müsbət addımdır:

“Türkiyədəki bu dəyişiklik siyasi sistemin müxalifətə və onların sponsorlarına geniş manevr imkanı verdiyi parlament idarəçiliyindən daha dayanıqlı prezident üsul-idarəsinə tranformasiyasıdır. Ərdoğanın əleyhdarları ya onun ümumxalq dəstəyinə malik olması faktını qəbul etməli, ya sistemdən kənarda qalmalı, yaxud da həbsdə oturmalıdırlar.

Ərdoğan ölkənin bütövlüyünü qorumağa çalışan dövlətçidir. Onun hakimiyyəti dövründə iqtisadiyyat inamla böyüdü, ancaq Qərbin məlum təzyiqləri lirənin dəyərdən düşməsinə səbəb oldu. Əgər Türkiyə iqtisadiyyatı böyüməkdə davam etsə və ölkənin bütövlüyü təmin olunsa, o zaman azadlıqların məhdudlaşdırılması faciə sayılmamalıdır”.

Həsənovun fikrincə, hazırda Türkiyənin əsas diqqəti Suriyanın şimalına və qismən də İraqa yönəlib:
“Türkiyə hazırda Suriyanın şimalında YPG-dən azad edilmiş Afrində infrastrukturun bərpası ilə məşğuldur. Ankaranın bölgədə Mənbicə doğru irəliləməsi Türkiyənin ABŞ-la razılaşmasından asılıdır. Əgər Əsəd qüvvələri İdlibdə əməliyyata başlasa, o zaman Mənbicə doğru irəliləmək Rusiya ilə anlaşmadan asılı olacaq.

Rusiyanın güclü hərbi mövcudluğu və Çinin ciddi iqtisadi təsirləri fonunda Türkiyənin Orta Asiyada möhkəmlənməsi kifayət qədər çətin görünür. Qafqaza gəldikdə isə burada Türkiyənin fəallığı Ankaranın Suriya məsələsində Rusiya ilə anlaşmasına bağlıdır. Yəni tərəflər o regionda əvvəlki səhvləri təkrarlamamaq üçün fəaliyyətlərini əlaqələndirirlər.

Ola bilər ki, Bakıda və Ankarada Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra İrəvanın Qərbə meyllənəcəyini gözləyirlər”.

Ekspert hesab edir ki, Türkiyə ilə Rusiya arasında strateji ittifaqın qurulması Ankaranın NATO-dan çıxması ilə şərtlənir:

“Ankara NATO-nu tərk etməsə, bu iki ölkə arasında strateji ittifaqın yaranması mümkün görünmür. Ancaq Ərdoğanın Qərblə qarşıdurmasına baxmayaraq, Türkiyənin belə niyyətinin olduğu müşahidə edilmir. O baxımdan, Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlıq daha real məsələ sayıla bilər. Türkiyə Rusiya qazı, silahı və taxılının əsas alıcılarından biridir. Rusiya da öz növbəsində Türkiyəyə əsas qaz və turist ixracatçısıdır. Ölkələr arasındakı normal münasibətlər iqtisadi əməkdaşlığa müsbət təsir göstərir.

Ancaq Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olacağını düşünmürəm. Çünki bayaq da dediyim kimi, bu ölkələr arasında strateji ittifaq çətin baş tutası məsələdir. Digər tərəfdən, Ankara Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyib. Ona görə də Türkiyənin zəruri vasitəçi qismində danışıqlar prosesində iştirakına Rusiyanın müsbət yanaşacağı gözlənilmir”.

www.yenicag.az

3534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv