!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə NATO-nu təcili toplantıya çağırır

!Reklam – Yazi

img1864667Türkiyə İŞİD-ə və PKK-ya qarşı keçirtdiyi hava əməliyyatlarından sonra NATO-nu iclasa çağırıb.

Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Milli təhlükəsizliyimizə qarşı edilən son hücumlar və təhdidlərdən sonra terrorizmə qarşı aldığımız tədbirlər və icra etdiyimiz əməliyyatlar haqqında müttəfiqlərimizi məlumatlandırmaq, məsləhətlər almaq məqsədi ilə Şimal Atlantik Andlaşmasının dördüncü maddəsi çərçivəsində NATO Şurasını növbəti həftə içərisində iclasa çağırırıq”.

İclasın NATO-nun baş katibi Cens Stoltenberqin rəhbərliyi altında 28 iyul tarixində baş tutacağı planlaşdırılırdı.

Türkiyənin dəvətindən sonra NATO-nun baş katibi C.Stoltenberg, 28 müttəfiq ölkənin səfirlərinin 28 iyul, çərşənbə axşamı toplanacağını açıqladı. Yığıncaq Brüsseldə keçiriləcək.

Açıqlamada NATO-dakı müttəfiqlərin hadisələri yaxından izlədiyi və Türkiyə ilə həmrəylik içində olduqları bildirilib.

NATO-nun baş katibi C.Stoltenberq BBC-yə verdiyi müsahibədə Türkiyənin iclas tələbinin yerində və doğru olduğunu da vurğulayıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə iki gün əvvəl danışdıqlarını bildirən C.Stoltenberq Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlarına dəstək verdiyini ifadə edib.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv