Türkiyə Naxçıvana dəmir yolu xətti çəkmək istəyir

“Naxçıvana dəmir yolu xətti çəkməyi planlaşdırırıq”.

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

Nazir bildirib ki,  Azərbaycanda yaşanan yeni hadisələrdən sonra Naxçıvan istiqamətində dəmir yolu xətti çəkilməsini planlaşdırdıqlarını bildirib və vurğulayıb ki, bununla bağlı artıq ilkin işlər, ilkin araşdırmalar başa çatıb.