Reklam

Reklam

Türkiyə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır.

Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik mətbuata açıqlamasında deyib ki, Türkiyənin şərq vilayətlərinin tələbatını ödəmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər. Türkiyənin Nazirlər Kabinetinin ötən il “Sərhədyanı ticarətin nizamlanması haqqında” qərar qəbul etdiyini xatırladan Faruk Çelik qeyd edib ki, bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: “Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallar gömrük rüsumlarından azad olunacaq. Naxçıvan Türkiyə iləAzərbaycan arasında “birləşdirici halqa”dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."