Türkiyə NK toplandı – Soçi görüşü müzakirə olunur

Türkiyədə Nazirlər Kabinetinin iclası başlayıb.

Yenicag.az xəbər verir ki, toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə keçirilən görüşün nəticələri müzakirə olunur.

Hökumətin gündəliyindəki əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi və “Taxıl sazişi”dir. Bundan başqa, iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi də aparılacaq.

Gündəlikdəki digər əsas məsələ isə R.T.Ərdoğanın Hindistanda keçiriləcək G-20 sammitində və BMT-nin ABŞ-də keçiriləcək iclaslarında iştirakıdır.