Türkiyə ordusu 11 terrorçu zərərsizləşdirib

Türkiyənin Hakkari bölgəsində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı 11 terrorist zərərsizləşdirilib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün PKK-çılar tərəfindən kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 2 əsgər şəhid olub, 7-si isə yaralanıb. Hadisədən sonra Türk Silahlı Qüvvətləri Çukurcada əməliyyata başlayıb. Havadan edilən hücum zamanı 11 terrorçu məhv edilib.

Yenicag.az