Türkiyə İraqın şimalındakı “Gara” və “Hakurk” bölgələrində 10 PKK terrorçusu, Suriyanın şimalında yerləşən “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Harada olursa olsun, terror təşkilatlarına qarşı mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, – məlumatda vurğulanıb.