Türkiyə ordusu 3 şəhid verdi

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında baş verən atışma nəticəsində 3 əsgər şəhid olub.

Yenicag.az xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Hadisə Türkiyə ordusunun İraqın şimalında antiterror əməliyyatı keçirdiyi zaman baş verib.