Türkiyə ordusu 4 PKK-çını məhv etdi

Türkiyə Silahlı Qüvvələri 4 terrorçunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

“İraqın şimalında keçirilən “Pəncə-Şimşək” əməliyyatı nəticəsində 2 PKK terrorçusunu, “Sülh çeşməsi” və “Fərat qalxanı” bölgələrində isə 2 PKK/PYG terrorçusu məhv edilib”, – məlumatda bildirilib.