Türkiyə ordusu 6 şəhid verdi: Ərdoğandan ilk açıqlama

Dünən İraqın şimalında terrorçuların həyata keçirdiyi hücumlar zamanı şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid olan 6 hərbçi barədə danışarkən deyib.

“Hərbçilərimizin qanı yerdə qalmayıb. Terrorçu əclaflar tökdükləri qana görə cavab veriblər və verəcəklər. Əməliyyatlar zamanı İndiyədək 12 terrorçu zərərsizləşdirilib”, – Ərdoğan bildirib./axar