Türkiyə ordusu PKK/YPG terror təşkilatının daha 7 üzvünü məhv edib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, Suriyanın Barış Pınarı bölgəsində keçirilən əməliyyat nəticəsində 7 terrorçu tunel qazdıqları yerdə zərərsizləşdirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi terrorçularla mübarizə uğurla davam etdiyini vurğulayıb.