Türkiyə ordusu daha bir terrorçunu zərərsizləşdirdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat keçirib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində terror təşkilatı PKK/YPG-nin sözdə liderlərindən biri olan Murat Ateşi zərərsizləşdirilib.

2014-cü ildə Avropadan PKK terror təşkilatına qoşulan Ateş də vəzifəsi çərçivəsində təşkilatın qanunsuz pul dövriyyəsini idarə edən şəxslərdən biri olub.