Türkiyə ordusunun dörd əsgəri şəhid olub.
Hakkari əyalətinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşının keçdiyi yolda PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə düşüb.
İlkin məlumatlara görə, terror aktı zamanı 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.