“Türkiyə dünya orduları reytinqində beşlikdə ola biləcək potensiala sahib ölkədir”.
Bu fikirləri dünya ölkələri ordularının yeni reytinqində Türkiyənin 11-ci yerdən 8-ci yerə qalxmasını şərtləndirən amilləri dəyərləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Türkiyə ordusunu dünya reytinqində 8-ci mövqeyə yüksəlməsi nizam-intizamın möhkəmliyi və hərbi arsenalın gücləndirilməsi fonunda orduya sərf olunan vəsaitlərin effektli xərclənməsinin nəticəsidir:
“Türkiyə ordusu NATO çərçivəsində ABŞ-dan sonra ikinci ordu statusundadır. Nizam-intizamın güclü, döyüş qabiliyyətinin isə yüksək səviyyədə olması, ordunun ölkədə istehsal edilən hərbi sursatlarla təminatı reytinq indeksində Türkiyənin daha da yüksəlməsinə təsir edən amillərdəndir. Türkiyə dünya orduları reytinqində beşlikdə ola biləcək potensiala sahib ölkədir”.
Nəsimi Ələsgərli