Türkiyə ordusu ilə bağlı mühüm qərar

Türkiyə Silahlı Qüvvələri daha bir il ölkə xaricində əməliyyatlar aparacaq.

Yenicag.az xəbər verir ki, bununla bağlı Türkiyə parlamenti qərar qəbul edib.

CHP, MHP daxil olmaqla məclisdən səs alan AKP (Ddalət və İnkişaf Partiyası) höküməti türk qoşunlarını Suriya və İraqa əməliyyatlara göndərəcək.

Qeyd edək ki, qanun layihəsinin əleyhinə yalnız HDP çıxıb.