Türkiyə ordusu İraq və Suriyada PKK-ya zərbə endirdi

Türkiyə ordusu İraqın və Suriyanın şimalında keçirdiyi əməliyyatlar zamanı ümumilikdə dörd PKK terrorçusunu zərərzisləşdirib.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, İraqın şimalında davam edən əməliyyat nəticəsində üç terrorçu zərərsizləşdirilib. Daha bir terorçu Suriyanın şimalında məhv edilib.