Türkiyə ordusu PKK-nın 28 dayaq məntəqəsini məhv etdi

Türkiyə ordusu PKK terrorçularının 28 dayaq məntəqəsini məhv edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, dayaq məntəqələri İraqın Avaşin, Baysan və Zap rayonlarında məhv edilib.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyatları davam etdirir.