Türkiyə ordusu şəhid verdi

“Pəncə-Kilit” əməliyyatı zamanı terrorçuların yerləşdirdiyi EYP-nin partlaması nəticəsində yaralanan çavuş Okan Meteözün xəstəxanada şəhid olub. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Nazirlik hərbçinin ölümü ilə bağlı başsağlığı verib.