Türkiyə ordusu şəhid verdi: yaralılar da var

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə Diyarbəkirdə baş verib. Əsgərlər terrorçular tərəfindən atəşə tutulub. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerindən qaçan terrorçuların ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyata start verilib.