Türkiyə ordusu Suriyada PYD/YPG mövqelərinə artilleriya zərbələri endirib – VİDEO

Türkiyə ordusu Suriyada PYD/YPG-nin (PKK terror təşkilatının Suriya qolu) nəzarətində olan Afrin vilayətində terror təşkilatının mövqelərinə artilleriya zərbələri endirib.

Yenicag.az-ın məlumata görə, Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsində yerləşən Oğulpınar sərhəd-keçid məntəqəsi yaxınlığından fasilələrlə Afrindəki PYD-YPG mövqelərinə artilleriya zərbələri endirilib.