Türkiyə ordusu Suriyada itki verdi: 14 şəhid, 33 yaralı

1469089829_17Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində 14 türk əsgəri həlak olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Əl-Bab bölgəsində keçirilən əməliyyat çərçivəsində daha 33 türk hərbçisi yaralanıb, onlardan 6-nın vəziyyətinin ağır olduğu qeyd edilir.

Bölgədə gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.

Yenicag.az

COP29