Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin bölmələri terror təşkilatı PKK-nın Suriya qanadı – YPG-nin 13 silahlısını zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə bazar günü Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK/YPG terrorçuları antiterror əməliyyatları zonalarının atəşə tutulması və mötədil Suriya müxalifəti ilə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə sızma cəhdi zamanı məhv edilib.

Nazirlik Suriyanın şimalında terrorçularla daha da sərt mübarizə aparmaq əzmini vurğulayıb.