Türkiyə ordusu TERROR hücumunun qarşısını aldı

Türkiyə Silahlı Qüvvələri Mardin vilayətində, Türkiyə-Suriya ərazisində terrorçuların hücumunun qarşısını alıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bir qrup PKK mənsubu Mardində yerləşən sərhəd məntəqəsinə atəş açıb. Cavab atəşi nəticəsində 4 silahlı zərərsizləşdirilib.

Eyni zamanda Suriyanın şimalında davam edən əməliyyat nəticəsində 1 terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, bölgədə antiterror əməliyyatları davam edir.