Türkiyə Ordusuna ağır İTKİ: General Suriyada vəfat etdi

Türkiyə Silah Qüvvələrinə ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutmasından vəfat edib.

“O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – deyə, nazirliyin açıqlamasında bildirilib.