Türkiyə ordusuna hücum: 7 şəhid, 2 yaralı – F OTO/VİDEO

Türkiyənin Batman bölgəsində hərbçiləri daşıyan maşın partladılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, dəhşətli partlayış nəticəsində 7 əsgər şəhid olub, daha 2 əsgər isə yaralanıb.

Hücumdan sonra qaçan terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə havadan dəstək verilən genişmiqyaslı əməliyyat başladılıb.