Türkiyə ordusunda bədbəxt hadisə: 1 şəhid, 4 yaralı

Türkiyə ordusunda hərbi təlimlar zamanı bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Şırnak bölgəsində yerləşən hərbi hissədə minaatandan açılan atəş zamanı partlayış baş verib.

Nəticədə Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4-ü isə yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.