!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ordusunda daha bir İLK: Baş çavuşlar da professor ola biləcək

!Reklam – Yazi

Türkiyə Silahlı Qüvvələrində xidmət edən kiçik zabit heyəti üçün mövcud olan bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, Türkiyədə aşağı zabit heyətinin peşə hazırlığına dair Əsasnaməyə mühüm dəyişikliklər edilib.

Sözügedən dəyişiklikləri dəyərləndirən Türkiyə İstefada Olan Kiçik Zabitlər Dərnəyinin rəhbəri Hamza Dürgen bu addımın hətta çavuşlar üçün də yeni imkanlar yaratdığını bildirib:

“Əvvəllər kiçik zabitlər birbaşa müəllim işləyə bilməz, bu işdə yalnız əvəzedici olaraq çalışmaq hüququna malik idilər. O baxımdan, kiçik zabitlərin hüquqlarının qorunması və bu məhdudiyyətin qaldırılması üçün davamlı mübarizə aparırıq.

Artıq müvafiq Əsasnaməyə edilən dəyişikliyə uyğun olaraq kiçik zabitlər müəllim vəzifəsində işləyə biləcəklər. Yəni kiçik zabitlər bundan sonra Milli Müdafiə Nazirliyinin nəzdində olan universitetlərdə professor-müəllim heyətinə daxil ediləcəklər.

İlk addım kimi dörd nəfərin təyinatı baş tutacaq. Artıq universitetlərdə müəllim heyətinə daxil edilmiş kiçik zabitlər də dosent və ya professor statusu ala biləcəklər. Bu gedişlə gələcəkdə baş çavuş da professor olmaq imkanı qazanır”.

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv