Türkiyə ordusundan daha bir uğurlu əməliyyat – 7 terrorçu öldürüldü

Türkiyə Hərbi Hava Qüvvələri 7 PKK terrorçusunu məhv edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

“Uğurla davam etdirilən “Pəncə-3” hərəkatı çərçivəsində həyata keçirilən son hava hücumları nəticəsində 7 terrorçu öldürülüb. Beləcə, bu günə qədər “Pəncə-3″ əməliyyatlarında zərərsizləşdirilən terrorçusayı 22 olub” – deyə, məlumatda qeyd edilib.