Türkiyə ordusundan uğurlu əməliyyat: İraqın şimalında məşhur terrorçu öldürüldü

Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı həyata keçirib.

Yenicag.az xəbər verir ki, iyunun 27-də keçirilən əməliyyat nəticəsində PKK-nın “Dövran” kod adlı terrorçusu Murad Gündüz öldürülüb.