Türkiyə ordusundan uğurlu əməliyyat: PKK terrorçuları məhv edildi

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında PKK/YPG-nin 6 terrorçusu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin təhlükəsizliyi üçün terrorçularla mübarizənin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, “Pençe-Kilit” əməliyyatı İraqın 3 bölgəsində həyata keçirilir və aprelin 18-dən bugünədək 94 terrorçu məhv edilib.