Türkiyə ordusunun 3 hərbçisi şəhid oldu – YENİLƏNDİ

Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu şəhid olub.

Yenicag.az xəbər verir ki, ölkənin Şırnak bölgəsində terrorçularla atışmada şəhid olanların sayı artaraq üçə çatıb.

***

Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.

Yenicag.az xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.

Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb.

Atışma nəticəsində 3 terrorçu məhv edilib.

Şəhidlərin adları hələ ki açıqlanmayıb.