Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə Paris sazişinin ratifikasiyasını dayandırıb

Ankara iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb.

Yenicag.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarında deyib.

“ABŞ-ın addımlarından sonra Türkiyə parlamentində də Paris sazişinin ratifikasiyası dayandırılıb”, – deyə Ərdoğan bildirib.

“İnkişaf etməkdə olan Türkiyənin sazişdə göstərilən sanksiyalardan azad edilməsinə təzminat verilməyincə, Ankara bu müqaviləni ratifikasiya etməyəcək”, – deyə prezident qeyd etdi.

Qeyd edək ki, iyunun 1-i ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris sazişindən imtina etdiyini bildirdi.

Yenicag.az

www.yenicag.az

494
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM