Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Türkiyə parlamenti Konstitusiyaya prezident idarə üsulu ilə bağlı dəyişiklikləri qəbul edib

Türkiyə parlamenti prezident idarə üsulu haqqında dəyişiklikləri bəyənib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, səsvermə yanvarın 21-də baş tutub. Parlamentin deputatları Konstitusiyaya prezident idarə üsulunun tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyiblər.

İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.

Səsvermədən sonra çıxış edən baş nazir Bineli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı “Artıq qərar millətimizindir. Millətin verdiyi qərar başımız, gözümüz üzərindədir” – deyib.

Yeniçağ.Az

www.yenicag.az

315